`İşğal olmuş rayonları bir-bir azad edəcəyik` - Elmar Məmmədyarov


17:00     31 Yanvar 2017 C3fBiKuXUAAbmds0.jpg

"Şübhə etmirəm ki, işğal olmuş rayonları bir-bir azad edəcəyik".


Femida.az AzVision.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpasına beynəlxalq təşkilatların cəlb olunması məsələsinə münasibət bildirərkən deyib.

Nazir bildirib ki, bu, birinci addımdır: "Amma gec-tez məsələsi var. Beynəlxalq təşkilatlarla danışıqlar gedir. Bu, bir günlük proses deyil. Gərək təqdim edəsən, cəlb edəsən. İlk növbədə bunu Azərbaycan hökuməti edəcək. Amma beynəlxalq təşkilatlarla təmaslar davam edir. Yollar, su ilə bağlı arayışlar təqdim edilməlidir".

Məmmədyarov BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsinin mövcud olduğunu xatırladıb: "Bu qətnamələr xahiş etmir, işğal olunmuş ərazilərin azad olunmasını tələb edir. Digər münaqişələrlə bağlı qətnamələr dərhal icra olunduğu halda, bu qətnamələr yerinə yetirilmir. Bu qətnamələr müddətli deyil. Biz onlara istinad edirik", - deyə E. Məmmədyarov qeyd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1016